...

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Hadisə Materials 6 Avqust 2013 12:17 (UTC +04:00)
Avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Vasif İsmayılov tutulub.
Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda son aylar avtomobillərdən oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Vasif İsmayılov tutulub. Araşdırma zamanı müəyyən edilib ki, o, fevralın 18-nə keçən gecə Kalinin küçəsində yaşayan Karif Şabandayevə məxsus "Daewoo" markalı avtobusdan 2 ədəd akkumliyator, iyunun 20-nə keçən gecə Ə.Bağırov küçəsində Vüsal Hüseynova məxsus "VAZ-2106" markalı avtomobildən 100 ABŞ dolları, 2 ədəd səsgücləndirici, ehtiyat təkər, iyulun 16-na keçən gecə Musabəyov küçəsində yaşayan Hüseyn Əkbərliyə məxsus "VAZ-2106" markalı avtomaşından maqnitafon, 4 ədəd səsgücləndirici, iyulun 19-na keçən gecə Balaxanı qəsəbəsində Mirəli Abbasova məxsus "VAZ-2104" markalı avtomaşından perferator, qaldırıcı qurğu, iyulun 22-də Y.Saratov küçəsində yaşayan Loğman Hacıyevə məxsus "VAZ-21015" markalı avtomaşının üzərindən 2 ədəd təkər, iyulun 22-nə keçən gecə Stansiyayanı küçəsində Şahəddin Rüstəmova məxsus "VAZ-2104" markalı avtomaşının üzərindən 4 ədəd təkəri, iyulun 27-nə keçən gecə, 9-cu Mədən yeni tikilinin qarşısından Vidadi Sərdarov məxsus "VAZ-21074" markalı avtomaşının 4 ədəd təkəri, iyulun 29-na keçən gecə Sabunçu qəsəbəsi, E.Mehdiyev küçəsində yaşayan Taleh Muradova məxsus "VAZ-21074" markalı avtomaşının iki ədəd təkəri və avqustun 2-nə kecən gecə Sabunçu qəsəbəsində Ruslan Osmanova məxsus "VAZ-2106" markalı avtomaşının ehtiyyat təkəri oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti