Azərbaycan, Bakı, 6 avqust /Trend/
Dənizdə 24 yaşlı gənc batıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1989-cu il təvəllüdlü Royal Əsədov Xəzər rayonunda dənizdə çimərkən ehtiyatsızlıq səbəbindən batıb. Dərhal FHN-in dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Qeyd olunan şəxsin axtarışlarına başlanılıb.
Bundan başqa, Bakı şəhəri, Sabunçu rayonunda ("Sahil-1" sularda xilasetmə məntəqəsindən 650 və 700 metr sola, nəzarətsiz ərazidə) dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.