...

Avtomobil oğurlayan dəstə yaxalanıb

Hadisə Materials 14 Avqust 2013 11:41 (UTC +04:00)
Avqustun 13-nə keçən gecə Bərdə rayon sakini Elramin Xəlilova məxsus “VAZ-21063” markalı avtomobil Nərimanov rayonu Ə.Əlizadə küçəsindən qaçırılıb.
Avtomobil oğurlayan dəstə yaxalanıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Avqustun 13-nə keçən gecə Bərdə rayon sakini Elramin Xəlilova məxsus "VAZ-21063" markalı avtomobil Nərimanov rayonu Ə.Əlizadə küçəsindən qaçırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, DİN ÇPA və Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Bakı şəhər sakinləri - Fərid Məhərrəmov, Elnur İsayev və Valeriy Qroşov avtomaşınla birlikdə Salyan yolunda saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti