...

Bakıda Gürcüstan vətəndaşlarından ibarət oğru qrupu aşkar edilib

Hadisə Materials 21 Avqust 2013 12:53 (UTC +04:00)
Oğurluq etdiklərinə görə tutulmuş üç Gürcüstan vətəndaşının Bakı şəhəri ərazisindəki bir neçə evdən də oğurluqlar törətmələri müəyyən edilib.
Bakıda Gürcüstan vətəndaşlarından ibarət oğru qrupu aşkar edilib

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Oğurluq etdiklərinə görə tutulmuş üç Gürcüstan vətəndaşının Bakı şəhəri ərazisindəki bir neçə evdən də oğurluqlar törətmələri müəyyən edilib.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən, oğurluq etdiklərinə görə tutulmuş Gürcüstan vətəndaşları Heydər Musaquliyevin, Rafiq Musayevin və onun qardaşı Paşanın ətrafında əlavə əməliyyat tədbirləri aparılıb.

Aparılan tədbirlər nəticəsində onların, Rəşad Müseyibovun, Elnur İsmayılovun mənzillərindən məişət və inşaat materialları, habelə avqustun 12-də Yeni Yasamal-2 yaşayış sahəsində Bakı şəhər sakini Xəyal Quliyevə məxsus evdən tikinti materiallarını oğurlamaları da müəyyən edilib.

Gürcüstan vətəndaşlarının törətdikləri oğurluq hadisələri ilə bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti