...

Ukraynada Azərbaycan vətəndaşından 125 min dollar oğurlanıb

Hadisə Materials 30 Avqust 2013 10:06 (UTC +04:00)
Ukraynanın Simferopol şəhərində naməlum şəxs Azərbaycan vətəndaşını qarət edərək onun 125 min ABŞ dollarını götürüb.
Ukraynada Azərbaycan vətəndaşından 125 min dollar oğurlanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Ukraynanın Simferopol şəhərində naməlum şəxs Azərbaycan vətəndaşını qarət edərək onun 125 min ABŞ dollarını götürüb.

Trend-in Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, hadisə ötən günün ikinci yarısında baş verib. Belə k,i maskada olan naməlum şəxs Simferopoldakı küçələrin birinə soxulub.

Naməlum şəxs Azərbaycan vətəndaşı olan ev sahibinin başından zərbə ilə vuraraq onu iplə bağlayıb. Bundan sonra 125 min ABŞ dollarını və qızıl əşyalarını götürərək aradan çıxıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti