Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir İ.İzzət/
Yasamal rayonunda qadın sürücünün idarə etdiyi avtomobillə vurulan piyada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 10-u saat 15:40 radələrində Yasamal rayonu Yeni Dairəvi yolda Abşeron rayon sakini Kəmalə Ağakişiyeva idarə etdiyi "Nissan" markalı avtomobillə Mingəçevir şəhər sakini Həsən Salahovu vurub. Nəticədə piyada Həsən Salahov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.