...

Bakıda “VAZ-2107”i vuraraq yolundan döndərdilər (VİDEO)

Hadisə Materials 18 Sentyabr 2013 11:30 (UTC +04:00)
Bakıda iki minik avtomobili toqquşub. Vurulan avtomobil son anda aşmaqdan qurtulub.
Bakıda “VAZ-2107”i vuraraq yolundan döndərdilər (VİDEO)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda iki minik avtomobili toqquşub. Vurulan avtomobil son anda aşmaqdan qurtulub.

Trend xəbər verir ki, paytaxtda günorta saatlarında prospektlərin birində hərəkətdə olarkən "VAZ-2107" markalı avtomobil sürət həddini gözləməyərək qaydanı pozan digər minik avtomobili tərəfindən arxadan vurulub. Zərbənin təsirindən az qala aşmaqda olan "VAZ-2107" 180 dərəcə dönərək getdiyi yola əks istiqamətdə dayanıb.

Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Trend həmin qəzanın video görüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti