Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.Mehdiyev/
Saatlıda bir nəfər qətlə yetirilib, bir nəfər isə ağır yaralanıb.
Saatlı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Xələfli kənd sakinləri Hüseynov Sahib Əliş oğlu öldürülüb, Paluyev Elşən Sahib oğlu isə ağır yaralanıb.
Hər iki hadisə Əliyev Elxan Alməmməd oğlu tərəfindən törədilib. Hadisələrin soyuq silahla törədildiyi ehtimal edilir.
Faktla bağlı araşdırılır.