...

İraqda baş vermiş iki partlayış nəticəsində ən azı 6 nəfər ölüb

Hadisə Materials 29 Sentyabr 2013 02:11 (UTC +04:00)
İraqda baş vermiş iki partlayış nəticəsində ən azı 6 nəfər ölüb. Bu barədə Trend RBK-ya istinadən məlumat yayıb.
İraqda baş vermiş iki partlayış nəticəsində ən azı 6 nəfər ölüb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

İraqda baş vermiş iki partlayış nəticəsində ən azı 6 nəfər ölüb. Bu barədə Trend RBK-ya istinadən məlumat yayıb.

Partlayışlardan biri Bağdaddan 50 kilometr aralıda Tamii şəhərində baş verib. Partlayıcı qurğular hökumət nümayəndələrinin və polislərin yaşadığı evlərin yaxınlığında quraşdırılıb. Partlayış nəticəsində 4 nəfər ölüb, 14 insan yaralanıb.

İkinci terror aktı isə Bağdadın cənub-şərqində bazarda baş verib. Burada isə 2 nəfər ölüb, 15 insan yaralanıb.

Xəbər lenti

Xəbər lenti