...

Xaçmazda traktor avtomobillə toqquşub, xəsarət alan var

Hadisə Materials 3 Oktyabr 2013 01:57 (UTC +04:00)
Trend Regional TV-yə istinadən məlumat verir ki, hadisə oktyabrın 2-si, axşam saatlarında Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.
Xaçmazda traktor avtomobillə toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Trend Regional TV-yə istinadən məlumat verir ki, hadisə oktyabrın 2-si, axşam saatlarında Quba-Xaçmaz yolunun Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən keçən hissəsində baş verib.

Quba istiqamətində hərəkətdə olan "VAZ 21 015" markalı avtomobil qarşıda hərəkət edən qoşqulu traktora çırpılıb. Bu zaman traktor aşıb, minik avtomobilinə isə ciddi ziyan dəyib.

Qəza nəticəsində "Vaz 21 015"-də olan sərnişin 30 yaşlı Xaçmaz şəhər sakini Elman Məcidov müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Tibb müəssisəsindən RTV-yə verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.

Qəzanın "Vaz 21 015" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi ehtimal olunur.

Faktla bağlı Xaçmaz RPŞ-da araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti