...

Şirvanda avtobus dərəyə yuvarlanıb

Hadisə Materials 3 Oktyabr 2013 21:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Şirvanda ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, "Qarasu" Əməliyyat Şirkətində çalışan fəhlələri daşıyan 18 AC 578 dövlət nömrə nişanlı, KAVZ markalı avtobus Şirvan ərazisində, Mişovdağda qəzaya uğrayaraq, dərəyə yuvarlanıb.

Qəza nəticəsində 10-dan artıq insan xəsarət alıb, onlarda bəziləri xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanıb.

Xəbər lenti

Xəbər lenti