...

Rusiyadan Azərbaycana qaçaqmal yolu ilə kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 8 Oktyabr 2013 12:06 (UTC +04:00)
Azərbaycana qaçaqmal yolu ilə gətirilən xeyli miqdarda kosmetik vasitə aşkar edilib.
Rusiyadan Azərbaycana qaçaqmal yolu ilə kosmetik vasitələrin gətirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycana qaçaqmal yolu ilə gətirilən xeyli miqdarda kosmetik vasitə aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən mlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Xudat" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Yengibar Əsgərovun idarə etdiyi "Mercedes-Benz Vito" markalı avtomobilə gömrük baxışı keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsindən vətəndaş Y.Əsgərov tərəfindən bəyan olunmayan xeyli miqdarda kosmetik vasitə - kiprik üçün 205 qutu "Bourjoıs", 5 qutu "Pupa" və 18 ədəd "Loreal" markalı tuşlar, 64 qutu "Bourjoıs" markalı dodaq parıltısı, 3 qutu "Pupa" markalı dodaq boyası, 4 qutu "Bourjoıs" markalı tonal krem, 2 qutu "Bourjoıs" markalı qidalandırıcı tonal krem, göz üçün 200 qutu "Bourjoıs" markalı qələm və 70 qutu "Bourjoıs" markalı qələm-layner aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti