...

Rusiyanın Volqoqrad şəhərində terror aktını dağıstanlı qadın törədib: 6 ölü, 28 yaralı (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 21 Oktyabr 2013 19:44 (UTC +04:00)
Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış ilə əlaqədar Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb.
Rusiyanın Volqoqrad şəhərində terror aktını dağıstanlı qadın törədib: 6 ölü, 28 yaralı (ƏLAVƏ OLUNUB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:52-də yayılıb)

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Rusiyanın Volqoqrad şəhərində avtobusda baş vermiş partlayış ilə əlaqədar Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi qaldırılıb. Trend-in bazar ertəsi İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunlar "terror aktı", "2 və daha artıq şəxsin öldürülməsi" və "silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi" maddələridir.

Partlayış nəticəsində 6 nəfər ölüb, 28 nəfər xəsarət alıb. Bundan əvvəl 5 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, xəsarət alanların 24-nün vəziyyəti yüngül və orta, 4-nün isə ağır dərəcəlidir.

Xəsarət alanlardan birinin uşaq olduğu deyilir. 20 aylıq uşağın vəziyyəti orta-ağır dərəcəlidir.

Məlumata görə, ölənlər arasında uşaq yoxdur. Ümumilikdə avtobusda təqribən 50 nəfər sərnişin olub. Güc strukturlarının bildirdiyinə görə, bomba avtobusun salonunda olub. İstintaq Komitəsi terror aktı üzrə cinayət işi qaldırıb.

Partlayış Volqoqradın Krasnoarmeysk rayonunda "Liaz" markalı avtobusda baş verib. Hazırda hadisənin baş verdiyi ərazi polis tərəfindən əhatəyə alınıb, operativ qərargah yaradılıb.

İstintaqçılar ilkin olaraq müəyyən ediblər ki, avtobusda partlayışı dağıstanlı qadın - törədib. Məlumata görə, terrorçu-intiharçı 30 yaşlı Naida Axiyalovadır.

İstintaqçıların əldə etdiyi məlumata əsasən, həmin qadın dayanacaqların birində avtobusa daxil olduqdan dərhal sonra partlayış baş verib. Bunu partlayışdan sağ çıxmış sərnişin qadın da təsdiq edir.

Artıq hadisəni törədən terrorçu-intiharçının cəsədi aşkarlanıb.

Sabahdan etibarən Volqoqrad vilayətində 5 nəfərin həyatına son qoymuş partlayışla əlaqədar üçgünlük matəm elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti