...

Rusiyada 14 yaşlı azərbaycanlının döyülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb

Hadisə Materials 5 Noyabr 2013 23:30 (UTC +04:00)
Rusiyada 14 yaşlı azərbaycanlı əlil oğlanı Kazımov Rövşən Müzəffər oğlunun xüsusi amansızlıqla döyülməsi ilə bağlı şübhəli bilinən Mixail Valeriyeviç Lısakov (1993-ci il təvəllüdlü) saxlanılıb.
Rusiyada 14 yaşlı azərbaycanlının döyülməsi ilə bağlı şübhəli şəxs saxlanılıb

Azərbaycan, Bakı, 5 noyabr / Trend /

Rusiyada 14 yaşlı azərbaycanlı əlil oğlanı Kazımov Rövşən Müzəffər oğlunun xüsusi amansızlıqla döyülməsi ilə bağlı şübhəli bilinən Mixail Valeriyeviç Lısakov (1993-ci il təvəllüdlü) saxlanılıb. Trend Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən bu barədə məlumat verir.

Məlumatda qeyd olunub ki, səfirlik Zelenoqrad şəhərində 2013-ci il noyabrın 1-də xüsusi amansızlıqla döyməklə bağlı işin istintaqının gedişatını nəzarətdə saxlayır.

Rövşən Kazımovun istintaq zamanı və işin baxılması üçün məhkəmə instansiyalarında hüquqlarının müdafiəsi üçün səfirlik tərəfindən vəkil təyin olunub. Əlil oğlanın döyülməsi barədə iş gələcəkdə də Azərbaycan səfirliyinin nəzarətində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti