...

Şəmkirdə ağır yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 14 Noyabr 2013 02:42 (UTC +04:00)
Şəmkirdə ağır yol qəzası baş verib, xəsarət alan var.
Şəmkirdə ağır yol qəzası baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Şəmkirdə ağır yol qəzası baş verib,x əsarət alan var.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun 404-cü km-də Şəmkir rayon Zəyəm qəsəbəsi ərazisində baş verib.

Şəmkir rayon Düyərli kənd sakini Məsimov Mahmud Tağı oğlunun idarə etdiyi traktor Gəncə şəhər sakini Abdullayev Vaqif Hüseyn oğlunun idarə etdiyi QAZ-24 markalı avtomobillə toqquşub.

Nəticədə Vaqif Hüseynov və sərnişin Gürcüstan Respublikası Marneuli rayonunda anadan olmuş, Gəncə şəhərində yaşayan Abdullayev Eldəniz Vaqif oğlu xəsarət alaraq Şəmkir rayon xəstəxanasına yerlədirilib. Daha sonra isə hər iki xəstə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparlıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti