...

Şəkidə ağır yol qəzası baş verib, bir nəfər ölüb

Hadisə Materials 14 Noyabr 2013 04:34 (UTC +04:00)
Şəkidə ağır yol qəzası baş verib, bir nəfər ölüb.
Şəkidə ağır yol qəzası baş verib, bir nəfər ölüb

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Şəkidə ağır yol qəzası baş verib, bir nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Şəki rayonu, İncə kəndində (rayon mərkəzindən 10 km aralı) 1982-ci il təvəllüdlü Balacayev Rövşən Alıbəy oğluna məxsus "Hyundai" markalı minik avtomobili körpünün üzərindən çayın kənarına yuvarlanması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Nəticədə avtomobilin sürücüsü Balacayev R.A aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyit müxtəlif kəsici alətlərdən istifadə edilməklə avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti