...

Bakıda yol qəzası baş verib, ölən var

Hadisə Materials 23 Noyabr 2013 05:14 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda “Daewoo” və “BMW” markalı 2 minik avtomobili toqquşmuşdur.
Bakıda yol qəzası baş verib, ölən var

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Bakı şəhəri, Suraxanı rayonunda "Daewoo" və "BMW" markalı 2 minik avtomobili toqquşmuşdur.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalaraq hadisə yerində ölmüşdür.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşın cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

Xəbər lenti

Xəbər lenti