...

Sumqayıtda internat məktəbinin yataqxanasının anbarında yanğın olub

Hadisə Materials 26 Noyabr 2013 13:07 (UTC +04:00)
Faktla əlaqədar cinayət işi başlanıb, Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Sumqayıtda internat məktəbinin yataqxanasının anbarında yanğın olub

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Sumqayıtda internat məktəbinin yataqxanasının anbarında yanğın olub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 25-də saat 16.45 radələrində Sumqayıt şəhərindəki 1 saylı İnternat Məktəbinin yataqxanasının 1-ci mərtəbəsində yerləşən anbarda yanğın baş verib. Bütövlükdə yanar konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.

Yanğını törətmiş, həmin yataqxanada yaşayan Qubadlı rayon sakini Əfqan Əhmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti