Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Bu gün səhər Türkiyənin Mərmərə dənizində 4,7 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Anadolu" agentliyi xəbər verib.
Boğaziçi Universitetinin Kandilli Rəsədxanasının və Zəlzələləri Araşdırma İnstitutunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:13-də baş verib.
Tələfat və dağıntı barədə məlumat daxil olmayıb.