Azərbaycan, Bakı, 25 dekabr /Trend/
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısını alıb.
Trend DSX-nin saytına istinadən xəbər verir ki, Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb.
Onunla birlikdə olan və "VAZ-21015" markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il təvəllüdlü Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı Dövlət Sərhəd Xidməti tərəfindən araşdırma işləri davam etdirilr.