...

Əfqanıstanda "Taliban" üzvləri ilə polis arasında atışma: 15 ölü

Hadisə Materials 5 Yanvar 2014 17:01 (UTC +04:00)
Əfqanıstanın Qəzni vilayətində "Taliban" üzvlərinin polis məntəqəsinə hücumu nəticəsində 15 talib öldürülüb.
Əfqanıstanda "Taliban" üzvləri ilə polis arasında atışma: 15 ölü

Azərbaycan, Bakı, 5 yanvar /Trend/

Əfqanıstanın Qəzni vilayətində "Taliban" üzvlərinin polis məntəqəsinə hücumu nəticəsində 15 talib öldürülüb.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, ölənlər arasında 5 Pakistan vətəndaşı da var.

Hadisənin baş verdiyini təsdiqləyən Qəzni təhlükəsizlik qüvvələri atışmanın dünən gecə saatlarında başladığını və səhərə qədər davam etdiyini bildirir.

"Taliban" hərəkatının sözçüsü Zəbiullah Mücahid atışmada 6 polisin öldüyünü iddia edir.

Bundan başqa, Helmand vilayətində partlayıcı quraşdırılmış 5 motosiklet aşkar olunub.

Xəbər lenti

Xəbər lenti