...

Bakıda keçmiş məhkumun evindən silah-sursat çıxdı

Hadisə Materials 20 Yanvar 2014 12:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda keçmiş məhkumun evindən avtomat silah-sursat tapılaraq götürülüb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qəndəli Məlikovun evindən 1 ədəd AK-74 modelli "Kalaşnikov" avtomatı, həmin silaha aid 1 ədəd daraq və 21 ədəd patron götürülüb.

Qeyd edək ki, Qəndəli Məlikov əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti