...

Şəkidə 30 yaşlı gənc intihar edib

Hadisə Materials 20 Yanvar 2014 12:38 (UTC +04:00)
Yanvarın 20-də səhər saatlarında Şəkidə intihar hadisəsi qeydə alınıb.
Şəkidə 30 yaşlı gənc intihar edib

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İ.İzzət/

Yanvarın 20-də səhər saatlarında Şəkidə intihar hadisəsi qeydə alınıb.

Trend Kanal S-ə istinadən xəbər verir ki, hadisə yerində təxminən 30 yaşlarında olan Şəki sakini Sadıqov Sərxan Məmməd oğlunun meyiti asılmış vəziyyətdə aşkar edilib. Onun özünü hansı səbəblərdən asdığı hələlik məlum deyil.

Faktla əlaqədar Şəki rayon Prokurorluğunda Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti