...

Bakıda binalardan elektrik qoruyucularını oğurlayan şəxslər tutulub

Hadisə Materials 25 Yanvar 2014 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonunda binalardan elektrik qoruyucularını oğurlayan şəxslər tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 5-dən 24-dək olan müddətdə Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi, 13,14,15 və 27 nömrəli binalardan Bakı Elektrik Şəbəkəsinə məxsus 62 ədəd qoruyucu oğurlanıb.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Məhəmməd Pirquliyev və Gəncə şəhər sakini Simran Həsənov tutulublar.

Faktla əlaqədar cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti