...

İstanbulda bələdiyyə binasına silahlı hücum olub

Hadisə Materials 28 Yanvar 2014 09:34 (UTC +04:00)
Bu gün səhər naməlum silahlılar İstanbulda Şişli bələdiyyəsinin binasına silahlı hücum ediblər.
İstanbulda bələdiyyə binasına silahlı hücum olub

Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Bu gün səhər naməlum silahlılar İstanbulda Şişli bələdiyyəsinin binasına silahlı hücum ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Haber7" telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, bələdiyyə binası avtomat silahlardan atəşə tutulub.

Zərərçəkən yoxdur. Faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti