...

Zaqatalada ev yandı

Hadisə Materials 2 Fevral 2014 10:46 (UTC +04:00)
Zaqatala rayonunun Suvagil kəndində yaşayış evində yanğın baş verib.
Zaqatalada ev yandı

Azərbaycan, Bakı, 2 fevral /Trend /

Zaqatala rayonunun Suvagil kəndində yaşayış evində yanğın baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, ötən gecə, saat 23.00 radələrində, Zaqatala rayonunun Suvagil kəndində, Əminov Nəriman Məhəmməd oğluna məxsus şəxsi yaşayış evində yanğın hadisəsi baş verib.

Hadisə yerinə təcili FHN Dövlət Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Əlverişsiz hava şəraiti yanğını vaxtında söndürməyə maneə törətsə də, yanğının böyüyərək digər ərazilərə keçməsinin qarşısı alınıb.

Ümumi sahəsi 90 km olan, 3 otaq və bir eyvandan ibarət şəxsi yaşayış evinin 55 km-i, 2 otağı və eyvanın yarısı içərisindəki əşyalarla birgə tamamilə yanıb. Evin qalan 35 km hissəsi, bir otaq və eyvanın qalan yarısı da yararsız vəziyyətə düşüb.

İlkin ehtimallara görə, yanğına elektrik naqillərində olan qısaqapanma səbəb olub.Yangının baş vermə səbəbləri araşdırılır.Yanğının dəqiq baş vermə səbəbləri isə aidiyyati qurumların araşdırmasından sonra bəlli olacaq.

Xəbər lenti

Xəbər lenti