...

Azərbaycanda leytenant cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirərkən tutulub

Hadisə Materials 20 Fevral 2014 17:51 (UTC +04:00)
Ədliyyə leytenantı Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirərkən tutulub.
Azərbaycanda leytenant cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirərkən tutulub

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İ.İzzət/

Ədliyyə leytenantı Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirərkən tutulub.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirilməsi cəhdinin qarşısı alınıb.

5 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə leytenantı Elvin Valeh oğlu Qurbanovun nəzarət-buraxılış məntəqəsində üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti