Azərbaycan, bakı, 22 fevral /Trend/
Kürdəmir rayonu Sığırlı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də saat 04 radələrində Kürdəmir rayonu Sığırlı kəndinin ərazisində Daşkəsən rayon sakinləri Həbib Baxşıyevin idarə etdiyi "KamAZ" markalı və Dilən İsmayılovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.
D.İsmayılov və sərnişini, 40-45 yaşlı kişi hadisə yerində ölüblər.