Azərbaycan, Bakı, 1 mart /Trend/
Xəzər rayonu Türkan qəsəbəsində mənzildə yanğın baş verib.
Trend DİN-in saytına istinadən xəbər verir ki, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib.
Nəticədə 4 kvm. sahədə olan əşyalar yanıb, T.İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.