...

Şəmkirdə 47 yaşlı kişi bıçaqlanıb

Hadisə Materials 3 Mart 2014 09:39 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, qəsəbə sakini 47 yaşlı Qiyas Hüseynov çoxsaylı bıçaq zərbələri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Şəmkirdə 47 yaşlı kişi bıçaqlanıb

Azərbaycan, Bakı, 3 mart /Trend/

Ötən gün axşam saatlarında Şəmkir rayonunun Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, qəsəbə sakini 47 yaşlı Qiyas Hüseynov çoxsaylı bıçaq zərbələri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Üzərində 4 bıçaq zərbəsi aşkar edilən yaralını həkimlər dərhal cərrahiyə əməliyyatı etməli olublar. Hazırda Reanimasiya şöbəsində olan xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, Qiyas Hüseynovu şəxsi münasibətlər zəminində öz həmyerlisi Ceyhun Abdullayev bıçaqlayıb. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində C.Abdullayev saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Hazırda iş üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti