Azərbaycan, Bakı, 7 mart /Trend/
Zaqatalada cinayət hadisəsi baş verib.
Trend Kanal S-ə istinadən məlumat verir ki, rayonun Yuxarı Tala kənd sakini 1967-ci il təvəllüdlü Teymurxanov Elxan Mömin oğlu bıçaqlanıb.
Adıçəkilən şəxs aldığı xəsarətdən dünyasını dəyişib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi açılıb, hazırda əməliyyat istintaq tədbirləri davam etdirilir.