Gürcüstan, Tbilisi, 9 mart /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın qərbindəki Sameqrelo regionunda 3 min abonent elektrik enerjisiz qalıb.
"Enerqo-pro Georgia" şirkətindən Trend-ə bildiriblər ki, buna səbəb bazar günü səhər saatlarında güclü külək nəticəsində elektrikötürücü xətlərin sıradan çıxması olub.
Qasırğa nəticəsində çoxillik ağaclar kökündən qopub, elektrik dirəkləri aşıb, evlərin dam örtüyünə ciddi ziyan dəyib.