Azərbaycan, Bakı, 12 mart /Trend/
ABŞ-ın Nyu-York şəhərində baş baş vermiş partlayış nəticəsində hər biri 5 mərtəbədən ibarət kərpicdən tikilmiş 2 bina dağılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səhər saatlarında baş vermiş partlayış nəticəsində 11 nəfər xəsarət alıb.
Dağılan binalara bitişik evlərin davamlılığı yoxlanılır. Yaxınlıqdakı avtomobillərə ziyan dəyib.
Partlayışın səbəbi məlum deyil. Hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal edilsə də, şahidlər partlayışdan öncə qaz iyini hiss etmədiklərini bildiriblər.