Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir İ.İzzət/
Orta məktəblərdən oğurluq etmiş Gəncə şəhər sakini tutulub.
Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də Gəncə şəhəri 8 saylı Orta Məktəbdən 1 ədəd kompyuter, 1 ədəd proyektor, müşahidə kamerası və sistem bloku oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Əsgərov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 24-də 16 saylı Orta Məktəbdən 1 ədəd televizor, 1 ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlaması da müəyyən edilib.