Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:54-də yayılıb)
Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir R.Hafizoğlu/
Türkiyədə qanunsuz mühacirləri daşıyan gəmi batıb.
Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin Egey dənizi sahillərində Suriyadan qeyri-leqal mühacirləri daşıyan gəmi batıb.
İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb, 3 nəfər isə xilas edilib.