...

Bərdədə azyaşlılar tort və lobyadan zəhərləniblər

Hadisə Materials 2 Aprel 2014 13:19 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Bərdədə azyaşlılar tort və lobyadan zəhərləniblər

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Bərdə rayonunda azyaşlılar tort və lobyadan zəhərləniblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, Bərdə rayonu Kələntərli kənd sakinləri, azyaşlılar Ayşən Vəliyeva, Ömər Vəliyev, Ruhin Vəliyev, Yusif Vəlizadə, İbrahim Vəliyev, Zəhra Vəliyeva və Saleh Vəliyev qidadan (tort və lobyadan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Onlara ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti