...

Bakıda "Toyota-Prado" üç nəfəri vurub, nəticədə 22 yaşlı qız ölüb

Hadisə Materials 3 Aprel 2014 10:33 (UTC +04:00)
Onlar xəsarətlə 3 saylı xəstəxanaya daxil olub, T.Zərbalıyeva xəstəxanada ölüb.
Bakıda "Toyota-Prado" üç nəfəri vurub, nəticədə 22 yaşlı qız ölüb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda "Toyota-Prado" 3 nəfəri vurub, nəticədə 22 yaşlı qız ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, aprelin 2-i saat 21 radələrində, Xəzər rayonu Bakı-Mərdəkan yolunda Bakı şəhər sakinləri 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurub.

Onlar xəsarətlə 3 saylı xəstəxanaya daxil olub, T.Zərbalıyeva xəstəxanada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti