...

Bərdədə yanğınla nəticələnən partlayış baş verib, 5 nəfər xəsarət alıb

Hadisə Materials 22 Aprel 2014 00:28 (UTC +04:00)
Bərdədə yanğınla nəticələnən partlayış baş verib, 5 nəfər xəsarət alıb.
Bərdədə yanğınla nəticələnən partlayış baş verib, 5 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Bərdədə yanğınla nəticələnən partlayış baş verib, 5 nəfər xəsarət alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bərdə rayonu, Kətəlparaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 66 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yanğınla nəticələnən partlayış baş verib.

Yanğın nəticəsində otaqda olan ev əşyaları 7 kv.m sahədə yanıb.

Yanğın zamanı 5 nəfər xəsarət alıb. Yanğın bölmələri hadisə yerinə çatana kimi yanğın qonşular tərəfindən söndürlüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti