...

Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub

Hadisə Materials 15 May 2014 11:18 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arifə Hacıyeva tutulub.
Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İzzət/

Bakıda dələduzluğa görə axtarışda olan 3 nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci polis bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Arifə Hacıyeva tutulub.

Dələduzluğa görə axtarışda olan daha 2 nəfər isə paytaxtın Nəsimi rayonunda tutulub. Belə ki, Nəsimi RPİ 21-ci və 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, Mirpaşa Aslanov və Araz İbrahimli saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti