...

Şabranda yük və minik maşınlarının toqquşması ilə nəticələnən ağır yol qəzası olub

Hadisə Materials 30 May 2014 14:18 (UTC +04:00)
Nəticədə "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.
Şabranda yük və minik maşınlarının toqquşması ilə nəticələnən ağır yol qəzası olub

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Şabranda yük və minik maşınlarının toqquşması ilə nəticələnən ağır yol qəzası olub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Quba yolunun 132-ci killometrində Şabran rayonu ərazisində vətəndaşa məxsus "KAMAZ" markalı yük avtomobilinin digər vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalmış 1982-ci il təvəllüdlü Mövlanverdiyev Rafiq Adgözəl oğlunun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 12:22-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti