...

Mingəcevirdə mənzildə vətəndaşın cəsədi tapılıb

Hadisə Materials 3 İyun 2014 01:24 (UTC +04:00)
Mingəcevirdə mənzildə vətəndaşın cəsədi tapılıb.
Mingəcevirdə mənzildə vətəndaşın cəsədi tapılıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Mingəcevirdə mənzildə vətəndaşın cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Mingəcevir şəhərində 1991-ci il təvəllüdlü Tural Vidadi oğlu Quliyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar.

Mənzilə baxış keçirilərkən ev sahibinin cəsədi aşkar olunub.

Xəbər lenti

Xəbər lenti