...

Azərbaycan gömrükçüləri külli miqdarda narkotiki qanunsuz dövriyyədən çıxarıblar

Hadisə Materials 11 İyun 2014 14:37 (UTC +04:00)
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.
Azərbaycan gömrükçüləri külli miqdarda narkotiki qanunsuz dövriyyədən çıxarıblar

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Azərbaycan gömrükçüləri külli miqdarda narkotiki qanunsuz dövriyyədən çıxarıblar.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilib saxlanılması, daşınması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədindən, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, gömrük nəzarətindən kənar keçməklə, yəni qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına gətirilməsi və realizə ediləcəyi barədə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə məlumat daxil olub.

Məlumata əsasən Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı-Astara magistral yolunun 60-cı kilometrliyində Ələt qəsəbəsini göstərən yol nişanının yaxınlığında Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu bir kisədə 895,0 qram heroini şərti alıcı kimi çıxış edən gömrük əməkdaşına satarkən yaxalanmış, daha sonra isə həmin şəxslərin Bakı dairəvi yolunun "Sədərək" Ticarət Mərkəzinin yaxınlığındakı dərəyə atdıqları 2 kisədə 1 kiloqram 465 qram qurudulmuş marixuana və 1 sellofan kəsiyində 82,337 qram heroin narkotik vasitələri aşkar edilərək götürülüb.

Həmin fakt üzrə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə cinayət işi başlanıb.

Nəcəfov Saleh Qədir oğlu və Abbasov Seymur Vaqif oğlu şübhəli şəxs qismində tutulmuş və onlara Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilərək barələrində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti