Azərbaycan, Bakı, 12 iyun /Trend/
Abşeronda tikintidə vətəndaşın cəsədi tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunda tikilməkdə olan üç mərtəbəli binanın 3-cü mərtəbəsindən 1962-ci il təvəllüdlü Hümbət Süleyman oğlu Veysəlov yıxılaraq 2-ci mərtəbədə betona çırpılıb və aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və təhlükəsizlik qaydalarına riayət etməklə H.Veysəlovun cəsədini 2-ci mərtəbədən düşürərək aidiyyatı üzrə təhvil veriblər.