...

Qobuda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb

Hadisə Materials 13 İyun 2014 12:23 (UTC +04:00)
Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Qobuda baş verən yol qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İzzət/

Abşeron rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 12-də saat 20 radələrində Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində qəsəbə sakini Yaşar Əlicanovun idarə etdiyi "Nissan" və Şirvan şəhər sakini Samir Həsənovun idarə etdiyi "Hovo" markalı avtomobillər toqquşub.

Y.Əlicanov və sərnişinləri, həmyerliləri Ağamirzə Əlicanov və Məmmədbağır Bağırzadə xəstəxanaya yerləşdirilib, M.Bağırzadə orada ölüb.

Faktla bağlı Abşeron Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti