...

Bakıda cəzaçəkmə müəssisəsinə qazan qapağında narkotik keçirmək istəyiblər (FOTO)

Hadisə Materials 25 İyun 2014 11:30 (UTC +04:00)
Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bakıda cəzaçəkmə müəssisəsinə qazan qapağında narkotik keçirmək istəyiblər (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

Bakıda 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahin Cəlil oğlu Cabbarova vətəndaş Elvin Umud oğlu Qurbanovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı yemək olan qazanın qapağının tutacağında gizlədilmiş xalis çəkisi 1,783 qram olan narkotik vasitə "Heroin" və xalis çəkisi 6,769 qram olan narkotik vasitə "Tiryək" aşkar edilərək götürülüb.

Qeyd edək ki, məhkum Şahin Cabbarov Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti