Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda bir gün ərzində baş verən yol qəzalarında 6 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 6 nəfər yaralanıb.
Qeyd edək ki, bəzi inanclara görə üç "6" rəqəmi və ya "666" "İblis rəqəmləri"ndən biri hesab olunur.