...

Azərbaycanda İrandan gətirilmiş narkotik vasitəni satan şəxs tutulub

Hadisə Materials 25 İyun 2014 13:52 (UTC +04:00)
İrandan gətirilmiş narkotik vasitənin Beyləqanda satılmasının qarşısı alınıb.
Azərbaycanda İrandan gətirilmiş narkotik vasitəni satan şəxs tutulub

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İlkin İzzət/

İrandan gətirilmiş narkotik vasitənin Beyləqanda satılmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, bu günlərdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin külli miqdarda əldə edilib saxlanılması, daşınması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədindən, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, gömrük nəzarətindən kənar keçməklə, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi və realizə ediləcəyi barədə Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı Mübarizə Şöbəsinə məlumat daxil olub.

Məlumata əsasən Biləsuvar Gömrük İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiyev İsbəndiyar Şura oğlu istintaqa məlum olmayan şəxs tərəfindən İran İslam Respublikasında əldə edilib qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilərək Beyləqan rayonu 2-ci Şahsevən kəndində su kəmərinin yanında yerləşən arxın qarşısına qoyulmuş 1 ədəd torbada üç ədəd polietilen bükümdə külli miqdarda - 2 kq 998,8 qram tiryək narkotik vasitəsini kəndin çıxacağında şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satarkən yaxalanıb.

Həmin fakt üzrə Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Mehdiyev İsbəndiyar Şura oğlu şübhəli şəxs qismində tutulub və ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti