Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlkin İzzət/
Saatlı rayon sakininin kirayədə yaşadığı mənzilinə baxış zamanı tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Ələddin Qədirovun paytaxtın Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilinə baxış keçirilib. Baxış zamanı "Revolver" tipli tapança və 4 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.