Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/
Siyəzəndə yolu keçən piyada avtomobilin qurbanı olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 4-nə keçən gecə Siyəzən şəhərinin ərazisində şəhər sakini Seymur Qədirov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Vasif Mirzəyevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada Vasif Mirzəyev orada ölüb.
Faktla əlaqədar Siyəzən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.