...

Bakıda keçmiş məhkum soyğunçuluğa görə tutuldu

Hadisə Materials 15 İyul 2014 12:14 (UTC +04:00)
Bakıda soyğunçuluq etmiş keçmiş məhkum tutulub.
Bakıda keçmiş məhkum soyğunçuluğa görə tutuldu

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluq etmiş keçmiş məhkum tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-də naməlum şəxs X.Məmmədov küçəsində Əhməd Əhmədovun əlindən içində 5485 manat olan sellofan torbanı alıb qaçıb.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən Ağdaş rayon sakini əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Samir Xudaverdiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti